ABŞ-da seçkinin yekun nəticələri gecikəcək – Səbəb

10-11-2022, 12:15           
ABŞ-da seçkinin yekun nəticələri gecikəcək – Səbəb
ABŞ Konqresinin yuxarı palatasında partiya çoxluğunu kimin alacağını müəyyən edəcək seçkinin yekun nəticələri yalnız dekabrda məlum olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

“Bu proses ABŞ-ın Corciya ştatında səsvermənin ikinci turunun keçirilməsi zərurəti ilə əlaqədar gecikəcək. Səslərin 99%-dən çoxunun hesablanmasından sonra Rafael Uornok keçmiş prezident Donald Tramp tərəfindən dəstəklənən keçmiş futbol ulduzu Herşel Uokeri az fərqlə qabaqlayır. Heç bir namizəd səslərin mütləq əksəriyyətini qazana bilməyib. Uornok lider olsa da, ilk raundda qalib gəlmək üçün 50% səs qazana bilməyib”, - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru