"Rusiya Putinin "Qiyamət günü" silahını sınaqdan keçirmək istəyib..." - ABŞ kəşfiyyatı

11-11-2022, 18:15           
"Rusiya Putinin "Qiyamət günü" silahını sınaqdan keçirmək istəyib..." -
"Nüvə qüvvəsi qurğusu olan "Poseydon" özüyeriyən sualtı aparatı süni sunami yaratmaqla Amerikanı Yer üzündən silməyə qadirdir..."

"Ruslar texniki çətinliklərlə üzləşib, ölkənin hərbi sənayesi çətin günlərini yaşayır..."

"Poseydon" torpedası sahilyanı şəhərlərin radioaktiv zəhərlənməsi, habelə rəqibin hərbi-dəniz qüvvələrini məhv etmək üçün istifadə edilə bilər..."

Rusiyalı hərbçilər Vladimir Putinin 2018-ci ildə anons etdiyi beş "möcüzə-silah" növündən birini - "Poseydon" nüvə torpedasını sınaqdan keçirməyə cəhd edib, lakin uğursuzluğa düçar olub.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın yüksək vəzifəli məmuruna istinadən CNN telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ sınaqları son həftələr ərzində müşahidə edib. Bir neçə gəmi, o cümlədən "Poseydon"ların daşıyıcısı kimi düşünülən "Belqorod" sualtı qayığı dənizə çıxıb. Lakin ötən həftə bütün gəmilər sınaqları bitirmədən Arktika regionundan geri dönüb.

Vaşinqton güman edir ki, "ruslar texniki çətinliklərlə üzləşib". Amerikalı məmurların məlumatına görə, Rusiya "Qiyamət günü" adlandırılan torpedanı sınaqdan keçirməyə yenidən cəhd edə bilər.

"Rusiyanın hərbi sənayesi çətin günlərini yaşayır, biz görürük ki, Qərbin yüksək dəqiqli müdafiə məhsullarna tətbiq etdiyi sanksiyalar öz səmərəsini verir və davam etməlidir", - "Poseydon"la bağlı uğursuzluğu Qərb ölkələrindən birinin diplomatı şərh edib.

Oktyabrın əvvəlində "Poseydon"un planlaşdırılan sınaqları barədə İtaliyanın "Repubblika" qəzeti NATO kəşfiyyatının müttəfiq ölkələrə göndərdiyi hesabata istinadən yazıb.

Sənəddə o cümlədən "Belqorod" sualtı qayığın yerdəyişməsi barədə məlumatlar olub.

Rusiya hakimiyyəti bəyan edir ki, nüvə qüvvəsi qurğusu olan "Poseydon" çoxməqsədli özüyeriyən sualtı aparatı ilk növbədə sahilyanı şəhərlərin radioaktıv zəhərlənməsi üçün nəzərdə tutulub.

Rusiya KİV-ləri yazır ki, torpeda məhdudiyyətsiz mənzil təsirinə malikdir, təkcə sahilə zərbə endirmək üçün deyil, həm də rəqibin hərbi-dəniz qüvvələrini məhv etmək üçün istifadə edilə bilər, habelə süni sunami yaratmaqla Amerikanı Yer üzündən silməyə qadirdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.