Ermənistan ordusunda dəhşət: Erməni zabit əsgəri başından güllələdi - Benzin oğurluğunun üstünü açdığına görə
26-05-2016, 13:28
Ermənistan ordusunun hərbi qulluqçuları ordu üçün ayrılmış yanacağı oğurlayaraq yerli sakinlərə satırlar.
Avropa.info xəbər verir ki, bu haqda Ermənistanın “orer.am” saytında yazılıb.
“Saytımızın jurnalisti bu yaxınlarda iki hərbi qulluqçunun danışıqlarının şahidi olub. Onlar orduda benzinin mənimsənilməsi ilə bağlı danışırdılar. Müdafiə nazirliyinin benzin saxlanılan müvafiq anbarlarda vaxtaşırı yoxlamaların aparıldığını qeyd edirdilər. Müvafiq tankerlərdə saxlanılan benzin bəzi vəzifəli şəxslər tərəfindən mənimsənilir. Tankerlərə benzin nazik boru vasitəsilə axıradək doldurulsa da benzini məharətlə tankerlərdən oğurlaya bilənlər də var” deyə saytdakı yazıda bildirilir.
Huquqşunas Qarik Qalikyanın sözlərinə görə, Qarakənddə su daşıyan hərbi maşınların sürücülər oğurluq benzinin bir çənini 8 min drama hərbiçilərdən alırlar. İstənilən şəxs hərbi hissə komandanlığı ilə razılığa gələrək asanlıqla benzin, dizel yanacağı və maşın yağı əldə edə bilər.
Qarik Qalikyanın bildirdiyinə görə, bu yaxınlarda Ermənistan ordusunda yanacağın oğurlanaraq satılmasının qarşısı alınarkən qətl hadisəsi baş vermişdir. Belə ki, hərbi qulluqçu Hovhannes Petrosyan İcəvanın hərbi hissələrindən birində benzin oğurluğunun qarşısını alarkən qətlə yetirilimişdir. Hovhannesin atası Vaçik Patrosyanın bildirdiyinə görə, oğlu zabitlərə benzin oğurlamağa icazə vermədiyindən zabitlər onun başından güllə ilə vurublar.: “Oğlum dəfələrlə bildirmişdir ki, zabitlər hərbi hissədən benzin oğurluğu edirlər. Oğlum da oğurluğun qarşısını almaq üçün bir neçə dəfə kalonkanı bağlayıb və nəticədə zabitlər benzini oğurlaya bilməyiblər. Biz bilirik ki, elə bu səbəbdən də onu qətlə yetiriblər”.
Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi