Deputatın cinayətində ERMƏNİ İZİ
Dünən, 10:38

Ukrayna Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş podratçısı, Ermənistandan olan 44 yaşlı iş adamı Araik Əmirxanyan Ukrayna Ali Radasının sabiq deputatı İlya Kivanın qətlində şübhəli bilinir.
Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, erməni iş adamı İ.Kivanın yaşayışı barədə Ukrayna xüsusi xidmət orqanlarına məlumat sızdırıb.
Bundan sonra "killer" eks-deputatı öldürüb.
Qeyd edək ki, A.Əmirxanyan hazırda Moskva vilayətində rüşvətvermə işi üzrə istintaq təcridxanasındadır. Ukraynada erməni sahibkarı büdcədən 500 milyon qrivna oğurlamaqda ittiham ediblər. Daha sonra o, Ermənistan pasportuna malik olması səbəbindən Ukrayna vətəndaşlığından məhrum edilib.
Xatırladaq ki, İ.Kiva Ukrayna münaqişəsi başlamazdan qabaq Rusiyaya köçüb və burada siyasi sığınacaq istəyib. Eks-deputat 2023-cü ilin dekabrında başından atəş açılaraq öldürülüb.