5 ilə vətəndaşlara bu qədər ƏDV geri qaytarılıb

10-06-2025, 11:24           
5 ilə vətəndaşlara bu qədər ƏDV geri qaytarılıb
Beş ildir ki, vətəndaşlar alış-veriş edərkən ödədikləri ƏDV-nin bir hissəsi onlara geri qaytarılır. ƏDV geri al layihəsinin tətbiqindən sonra istehlakçılar dükanlarda, kafe və restoranlarda ödəniş edərkən kassa çekini tələb etməyə başlayıb.

TEREF xəbər verir ki, Dövlət Vergi Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ƏDV geri al layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.

"Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq", - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru