İsrail həqiqətənmi Ukraynaya 1 batareya Patriot verdi?

10-06-2025, 09:24           
İsrail həqiqətənmi Ukraynaya 1 batareya Patriot verdi?
Hal-hazırda bu bəyanat gündəmdədir. İsrail həqiqətənmi Ukraynaya 1 batareya Patriot verdi?
İsrailin Ukraynadaki səfiri Brodskinin sözlərinə görə İsrailin Patriot sistemi artıq Ukraynadadır.
Əvvəla bir lətifə danışım sizə ki, məsələnin mahiyyətini başa düşəsiniz.
2 qonşu oturub söhbətləşirlər.
- O düz söhbətdir ki, Rabinoviç lotoreyada Volqanı udub?
- Düz söhbətdir. Amma Rabinoviç yox, İvanov. Və Volqanı yox, 100 rublu. Və lotoreyada yox kartda. Və udmayıb, uduzub.
İsrailin Ukraynadaki səfirinin bəyanatı da buna oxşardır. 1 batareya yox, 1 atəş qurğusu. Və verməyib, qaytarıb. Və Ukraynaya yox, ABŞ-a.
ABŞ isə bu atəş qurğunu Ukraynaya göndərəcək, bu barədə Bayden hələ sentyabrda göstəriş vermişdi və İsrail Baydenla olan razılıq çərçivəsində bu atəş qurğunu ABŞ-a qaytardı.
P.S. Dostlar bu xəbər barədə çox sual verirdilər, demişdim ki, belə xəbərləri tez-tələsik paylaşmaq olmaz, öz etibarlı mənbələrimdən yoxlamalıyam.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru