Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir

10-06-2025, 11:38           
Gürcüstanda əcnəbilərlə bağlı qaydalar sərtləşdirilir
Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə bildirib.

Mdinaradze deyib ki, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.

Eyni zamanda, Gürcüstana girişə qadağa və yeni cəza növlərinin tətbiqi də nəzərdə tutulur. Bununla bağlı ölkənin cinayət və inzibati xətalar məcəllələrinə əlavələr ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru