Londonda ABŞ-Çin danışıqları keçirildi

10-06-2025, 09:18           
Londonda ABŞ-Çin danışıqları keçirildi
Londonda ABŞ və Çin arasında ikinci raund ticarət danışıqları keçirilib.

Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifeng, ABŞ tərəfinə isə ticarət naziri Hovard Lutnik rəhbərlik edib.

“Müzakirə olunan məsələlərə tariflər, nadir torpaq elementləri üzrə ixrac məhdudiyyətləri, avtomobil istehsalçılarını və digər sənaye sahələrini maraqlandıran qabaqcıl texnologiyalar daxildir”, - məlumatda bildirilir.

Qeyd olunur ki, danışıqlar çərşənbə axşamı, iyunun 10-da davam etdirilə bilər.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl "Truth Social" sosial şəbəkəsində Çinin dövlət başçısı Si Cinpin ilə telefon danışığı zamanı ticarət məsələlərinin müzakirə edildiyini qeyd edib. ABŞ lideri vurğulayıb ki, danışıqlar zamanı liderlər Rusiya, Ukrayna və İranla bağlı heç nəyi müzakirə etməyiblər./Teleqraf












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru