“İslam dünyası Rusiyanın timsalında etibarlı müttəfiq tapa bilər”
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya – İslam dünyası” strateji qrupunun iştirakçıları ilə görüşü zamanı bildirib.
Rusiya prezidentinin sözlərinə görə, onun ölkəsi İslam dünyasının önəmli problemlerin həll olunmasına yardım etməyə hazırdır: “Biz beynəlxalq aləmdə müsəlman ölkələrinin ədalət, qanunun aliliyinə dair mövqelərinin möhkəmləndirilməsinə dair aktiv mövqeyini dəstəkləyirik”.
O, həmçinin qrupun bu iclasının Rusiya və müsəlman ölkələri arasında inam və qarşılıqlı əməkdaşlığa töhfə verəcəyinə ümid etdiyini də bildirib.