Rusiya Abxaziyada döyüş atışları həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb. Hərbi təlimdə 500 hərbçi iştirak edib. Hərbçilər T-90A tankından, BTR-82A zirehli transportyorundan, D-30 haubitsasından, 120 mm minaatanlarından atışlar həyata keçiriblər. Qeyd edək ki, Abxaziya Gürcüstanın tərkib hissəsidir. Moskva 2008-ci il savaşından sonra buranın müstəqilliyini tanıyıb. Bundan öncə ABŞ hərbçiləri Gürcüstanda hərbi təlim keçiriblər. Təlim Moskva tərəfindən qətiyyətlə pislənilib. Gürcüstanın digər bir tərkib hissəsi olan Cənubi Osetiya isə dünən Rusiyanın tərkibinə girməklə bağlı 2017-ci ildə referendum keçirəcəyini bəyan edib.