"Bu gün Rusiyaya heç zaman olmadığı kimi dəstək lazımdır" - Səfir
30-05-2016, 13:02
"Azərbaycan öz gələcəyini Rusiya ilə sıx əməkdaşlıqsız görmür".
APA-nın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Səfir bildirib ki, bu gün Rusiyaya heç zaman olmadığı kimi dəstək lazımdır: "Rusiya hazırda iqtisadi və siyasi blokadaya alınıb. Ölkəmizə qarşı əsl informasiya müharibəsi gedir. Azərbaycanda rus diasporu rahatlıq və rifah adasıdır. Azərbaycanda müxtəlif dillərə, o cümlədən rus dilinə hörmət dövlət səviyyəsində dəstəklənir. Rusiya Federasiyası maraqlıdır ki, burada yaşayan rusdilli insanlar öz ölkələrinin loyal vətəndaşları olsunlar, bütün insani potensiallarını tam ortaya qoysunlar, respublikanın bütün sferalarında layiqli yerlərini tutsunlar. Azərbaycanda bunun üçün əlverişli şərait var".