“Sərkisyan şərt qoyub ki, 800 hektar sentyabrın 1-nədək geri qayıtsın, yoxsa...” - İrəvandan sensasion bəyanat

30-05-2016, 18:16           

Apelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən 800 hektar ərazi “münasib vaxtda hərbi və ya diplomatik yolla” qaytarılacaq. Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistanın hakim Respublika partiyasından deputat Lernik Aleksanyan çıxış edib.

Onun sözlərinə görə, yaddan çıxarmaq lazım deyil ki, iyunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilməlidir. “Bu görüş çox şeyi həll etməlidir. Ermənistan təmas xəttində əvvəlki mövqelərə qayıtmaqda israr edir, yəni bu il sentyabrın 1-nə qədər. Bura həmin 800 hektar ərazi də daxildir. Ona görə də tələsmək lazım deyil”-deputat bildirib.

Aleksanyan Ermənistan tərəfinin təmas xəttində sentyabrın 1-nə qədər tərəflərin əvvəlki mövqelərinə qayıtması şərtinin hansı şəraitdə irəli sürüldüyünü dəqiqləşdirməyib. Əlavə edib ki, itirilmiş ərazilər “istənilən münasib vaxtda” geri qaytarılacaq.

Ermənistan hakim partiyasının deputatının bu bəyanatı işğalçı ölkənin Qarabağda yeni hərbi avantüraya cəhd edəcəyini göstərir. Məlum deyil ki, Sərkisyan təmas xəttində əvvəlki mövqelərə qayıtmağı Minsk Qrupunun həmsədrləri qarşısında qaldırıb, ya yox. İstisna deyil ki, sentyabrın 1-nə qədər təmas xəttində əvvəlki mövqeləri bərpa etmək Sərkisyanın ordunun qarşısında qoyduğu vəzifədir və deputat bu sirri açıqlamış olub. Çünki Azərbaycan tərəfi heç bir halda işğal edilmiş ərazilərin azad edilmiş hissəsinin geri qaytarılmasını müzakirə edə bilməz, belə tələbləri danışıqlar predmetinə çevirə bilməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.