Bu nazirlər vəzifədən azad olundu

9-06-2025, 12:24           
Bu nazirlər vəzifədən azad olundu
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Ruslan Jaksılıkovu, eləcə də əvvəllər töhmət verdiyi nəqliyyat naziri Marat Karabayevi tutduğu vəzifədən azad edib.

XALQ xəbər verir ki, bu barədə ölkə rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini – Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Dövlət başçısının mətbuat xidməti hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin yeni rəhbərinin kim olacağı barədə məlumat verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru