Merkeldən ermənilərə ZƏRBƏ – “erməni soyqırımı” müzakirəsindən imtina etdi

1-06-2016, 22:09           
Merkeldən ermənilərə ZƏRBƏ – “erməni soyqırımı” müzakirəsindən imtina etdi
Almaniya Federal Məclisində “1915-1916-ci illərdə ermənilərin və digər xristian azlıqların soyqırıma məruz qalmasını xatırlama və anma” başlıqlı qanun layihəsinin müzakirəsinə 1 gün qalmış mühüm hadisə baş verib.

Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank-Valter Ştaynmayer və kanslerin birinci müavini, Sosial Demokrat Partiyasının sədri Siqmar Qabriel müzakirələrdə iştirakdan imtina ediblər.

Almaniya mediasında yayılan məlumata görə, Merkel sabah paytaxt Berlində təhsillə bağlı keçiriləcək bir tədbirə qatılacaq. Xarici İşlər naziri Frank-Valter Ştaynmayer isə uzun müddətdir planlaşdırılan Latın Amerikası səfərinə çıxacaq.

SPD sədri Siqmar Qabrile də Alman İnşaat Sənayesi Günü ilə bağlı bir tədbirə qatılacaq. Bununla da Almaniya hökumətində yer alan 3 əsas şəxs qanun layihəsinin müzakirəsində iştirak etməyəcək (Axar.az).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.