“OPEC neft qiymətlərini 100 dollara qaytarmağı planlaşdırır”- Maduro

16-05-2015, 08:13           

Venesuela dünya bazarında neftin qiymətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün yeni saziş layihəsi üzərində işləyir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Venesuelanın prezidenti Nikolas Maduro Qətər əmiri şeyx Tamin ben Həməd Əl Tani ilə görüşündən sonra bildirib.

“Hazırda saziş üzərində işlər davam edir. Ümid edirik ki, iyun ayında nəticə əldə olunacaq. Söhbət OPEC və bir sıra iri neft istehsalçılarının ilin ikinci yarısı üçün nəzərdə tutulmuş neft bazarının sabitləşdirilməsi üzrə birgə planından gedir”, deyə N.Maduro bildirib.

Onun sözlərinə görə, hazırda əsas məqsəd neftin dünya bazarlarında qiymətinin ortamüddətli perspektivdə 100 ABŞ dollaradək çatdırılmasıdır .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.