"Real Madrid"i yay mövsümündə tərk edə biləcək futbolçular müəyyənləşdi

13-04-2025, 10:50           
"Real Madrid"i yay mövsümündə tərk edə biləcək futbolçular müəyyənləşdi
"Real Madrid" cari mövsümdə o qədər də yaxşı oyun göstərməməsi fonunda qarşıdan gələn yay mövsümündə heyətini yeniləməyi planlaşdırır, nəticədə, bir neçə futbolçu klubu tərk edə bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə AS xəbər verir.

Bildirilir ki, mövsümün sonunda 33 yaşlı sağ müdafiəçi Lukas Vaskesin komandanı tərk etməsi daha çox ehtimal olunur. Onun yerini Trent Aleksandr-Arnoldun tutacağı gözlənilir.

Həmçinin İspaniya klubunu 32 yaşlı müdafiəçi David Alaba və 39 yaşlı yarımmüdafiəçi Luka Modriç də tərk edə bilərlər. Xorvat futbolçunun klubla müqaviləsi qarşıdan gələn yay başa çatır və "Real"da onun müqaviləsinin uzadılmasının məqsədəuyğunluğuna əmin deyillər. Alabanın əmək müqaviləsi 2026-cı ilin yayında başa çatır, lakin klub onun ağır zədədən sonra əvvəlki yüksək səviyyəni göstərə biləcəyinə şübhə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru