ABŞ-də "cadugər ovu": Dövlət Departamentinin əməkdaşlara GİZLİ TELEQRAMI ortaya çıxdı

13-04-2025, 12:36           
ABŞ-də "cadugər ovu": Dövlət Departamentinin əməkdaşlara GİZLİ TELEQRAMI ortaya çıxdı
ABŞ Dövlət Departamentinin divarları arasında əsl qalmaqal alovlanır. Belə ki, qurumda faktiki olaraq "cadugər ovu" elan edilib. İşçilər, əgər həmkarları "antixristian meyillər" göstərirlərsə, onlar haqqında anonim şəkildə məlumat verməyə çağırılırlar.

Bu barədə "Politico" nəşri Dövlət Departamentinin əməkdaşlarına göndərilən teleqrama istinadən xəbər verib.

Teleqramın mətninə görə, Departament əməkdaşların anonim hesabatları vasitəsilə antixristian meyillərin nümunələrini toplayacaq.

Eyni zamanda, işçilərdən təfərrüat - "antixristian hadisəsinin" baş verdiyi dəqiq vaxtı, tarixi, yeri və bu işi görənin adını bildirmək xahiş olunur.

Qeyd olunur ki, bu təşəbbüs, ABŞ Prezidenti Donald Trampın ölkə hökumətində "qanunsuz antixristian təcrübələrinin" aradan qaldırılması haqqında fərmanının birbaşa nəticəsidir. Fərmanın tənqidçiləri iddia edirlər ki, bu cür tədbirlər faktiki olaraq dövlət strukturlarında dini ayrı-seçkilik yaradır ki, bu da ABŞ Konstitusiyasına birbaşa ziddir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru