Lavrovun Türkiyədəki çıxışı böyük səs-küyə səbəb oldu

13-04-2025, 10:44           
Lavrovun Türkiyədəki çıxışı böyük səs-küyə səbəb oldu
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə Antalya Diplomatik Forumunda çıxışı böyük diqqət çəkib.

Axar.az xəbər verir ki, mətbuat konfransının keçirilməli olduğu konqres mərkəzinin zalı tədbir başlamamışdan xeyli əvvəl dolmağa başlayıb.

Rusiyalı naziri dinləmək istəyənlər təyin olunmuş vaxta 30 dəqiqə qalmış toplaşıblar. Binada boş oturacaqlar, hətta ayaq üstə duranlar üçün yer də qalmamışdı.

Təhlükəsizlik xidməti mətbuatın və ya digər forum iştirakçılarının daxil olmasına icazə verməyərək girişi məhdudlaşdırmağa məcbur olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru