Batin alimi yazır: Sufizmdə Pasxa nə deməkdir?
13-04-2025, 12:58

Məlumdur ki, yəhudilərin Tövrat kitabı yazılı və şifahi formada verilmişdir. Yazılı Tövrat - ilk varlıqların vahid “səfa” dilində yalnız samitlərlə yazılmışdır. Sonrakı mənbələrdə bu səfa dili sufizm adlandı. Şifahi Tövrat isə yazılı Tövratın əsl mahiyyətini, gizli mənalarını açır və onun yazılmasını Allah qadağan etmişdir.

Şifahi Tövratda batini mənada "Misirdən çıxış" rəmzi, insan ruhunun bədəndən çıxmasını və Osiris Allahının ölülər şahlığına - cənnətə daxil olmasını bildirir.

Musa peyğəmbərlə bağlı məqaləmdə mən göstərmişəm ki, “Misirdən çıxış”, yəni “Yesiat Misraim” rəmzi - fironun ruhunun bədəndən çıxması və göydəki cənnətə qalxması mənasındadır (Məqalə: “Тайна Моисея и его Торы”, sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1). Qədim Misir mənbələrində, bədənin fiziki ölümündən sonra ölülər dünyasına qalxan ruh "saxu" adlanır (У. Бадж, "Египетская религия. Египетская магия", М., 2000, səh.143).

Ölülər dünyası isə mətnlərdə "Pe" şəhəri kimi qeyd olunur (У. Бадж, "Египетская книга мёртвых", М-СПб., Эксмо, 2005, səh.529).

Pesax/Pasxa bayramı da məhz bu yolla göydəki "Pe" şəhərində ölümsüzlük qazanmış ilk insanların "saxu" ruhlarına həsr olunmuşdur. Başqa sözlə, Pasxa (Pesax) sözü - "saxu" ruhlarının “Pe” aləmində, yəni cənnətdə ölümsüzlük qazanmasına həsr olunmuş bayramdır.

Firudin Gilar Bəg
12.04.2025