Məşhur reper Kanye Uest mumiyalanacaq?

13-04-2025, 09:19           
Məşhur reper Kanye Uest mumiyalanacaq?
Məşhur ABŞ-li reper Kanye Uestin dəbdəbəli dəfn mərasimi tam bir həftə davam etməli, ziyarətçilərdən isə mütləq şəkildə pul alınmalıdır.

Oxu.Az-ın "News.ru"ya istinadən xəbərinə görə, bu barədə reper "X" sosial şəbəkəsində yazıb. O, ölümündən sonra balzamlanmaq (çürüməməsi üçün meyitə xüsusi maddələr hopdurmaq, mumiyalamaq - red.) istədiyini də vurğulayıb.

"Məni balzamlayın. Anamın evinə qoyun və insanların məni ziyarət etməsinə imkan yaradın", - deyə Kanye Uest öz arzularını dilə gətirib.

"Hər gün yas tədbirlərinin siyahısına 10 saatlıq xidmət də daxil edilməlidir", - deyə reper vurğulayıb.

O vəsiyyət edib ki, qonaqlardan yığılan bütün pullar yaxın məhəllələrin abadlaşdırılmasına sərf edilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.