Trampın keçdiyi tibbi müayinənin nəticələri açıqlandı: Sağlamdırmı? 13-04-2025, 11:44 ABŞ Prezidenti Donald Tramp keçdiyi tibbi müayinənin nəticələrini açıqlayıb."Gazeta.ru"nun xəbərinə görə, bu barədə Tramp müayinədən sonra öz təyyarəsində jurnalistlərə açıqlamasında bəhs edib."Yaxşı ürək, yaxşı ruh. Çox yaxşı ürək", - deyə o qeyd edib.O, həmçinin koqnitiv testdən də keçdiyini və bütün suallara düzgün cavab verdiyini nəzərə çatdırıb."Mən Baydendən fərqlənmək istəyirdim və koqnitiv testdən keçdim", - deyə Tramp bildirib.Onun sözlərinə görə, bu, onun prezidentin vəzifələrini yerinə yetirməyə fiziki və mənəvi hazırlığını təsdiqləyir."Həkimlər mənə həyat tərzi dəyişiklikləri ilə bağlı bəzi məsləhətlər verdilər", - deyə o əlavə edib, lakin tövsiyələrin təfərrüatını açıqlamayıb.Donald Tramp vurğulayıb ki, seçicilər prezidentin aydın düşünmək qabiliyyətinə arxayın olmaq istəyirlər."İnsanlar bilmək istəyirlər ki, onların prezidenti aydın düşünməyə qadirdir", - deyə o vurğulayıb. Facebook-da paylaş