Mirzoyan NTV-yə danışdı: "Artıq Azərbaycanla sülhü harada imzalayacağımızı düşünürük"

13-04-2025, 11:34           
Mirzoyan NTV-yə danışdı:
Ermənistan və Azərbaycan sülh sazişi mətnində razılığa gəliblər.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, NTV-dən Deniz Kilislioğlu növbəti mərhələni Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanla müzakirə edib. Mirzoyan bildirib ki, Azərbaycanla sülh mövzusunda tarixi bir mərhələyə yaxınlaşıblar.

Ermənistan və Azərbaycan sülh sazişi mətnində razılığa gəldikdən sonra, sənədin qüvvəyə minməsi üçün parlamentlərdən təsdiq gözlənilir. Proses uzun çəkə bilər, hələ də qarşılıqlı tələblər mövcuddur.

Ararat Mirzoyan deyib:

"Tarixdə görünməmiş bir nöqtədəyik. Ermənistan və Azərbaycan sülh sazişinin layihə mətninə dair razılığa gəliblər. Artıq sazişin harada və nə vaxt imzalanacağı ilə bağlı danışıqlara başlaya biləcəyimizi düşünürük. Bu, Ermənistan-Azərbaycan sərhədində, yaxud da İrəvan və Bakının qəbul etdiyi başqa bir ölkədə baş tuta bilər."

ZƏNGƏZUR DƏHLİZİ AÇILACAQMI?

"Əvvəla, bizim heç bir yolun açılması ilə bağlı problemimiz yoxdur. Buradan açılan yollardan ən çox fayda götürəcək tərəflərdən biri də bizik. Lakin burada Azərbaycanın yanaşmasında sərhədlərarası nəzarət məsələsini görürük. Biz bunu qəbul edə bilmərik."

TÜRKİYƏ-ERMƏNİSTAN NORMAALLAŞMASI

"Bu mövzuda olduqca aktiv bir dialoqumuz var. İstər iki nazir arasında, istərsə də iki xüsusi nümayəndə arasında görüşlər keçirilir. Bizim yanaşmamız belədir ki, əgər Ermənistan-Türkiyə arasında sərhədləri aça bilsək, bu, Azərbaycanla olan münasibətlərimizə də çox müsbət təsir göstərəcək. Orta Şərqdəki mövqelərimiz bir çox məsələdə bir-birinə yaxındır. Biz bir-birimizə heç vaxt bu qədər yaxın olmamışıq. Heç vaxt bu qədər sülhə yaxınlaşmamışıq."












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.