Nazirliyin çətiri altında ANA TƏBİƏTİN QARƏTİ - Bunun başqa ADI YOXDUR...
Dünən, 11:17

"DİA-AZ" xəbər verir ki, iki gün əvvəl izləyicilərimizdən daxil olan məlumata əsasən, Biləsuvar rayonunda, Mil düzənliyi boyunca yerləşən kanalda çox sayda şəxsin qanunsuz şəkildə balıq ovladığı bildirilib.
Sosial şəbəkələrdə yayımlanan görüntülər də bu faktı təsdiqləyir. İzləyicimizin sözlərinə görə, ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bu halı müşahidə etsələr də, naməlum səbəblərdən müdaxilə etməyiblər.
Məlumat üçün bildirək ki, həvəskar balıq ovu üçün xüsusi balıqovlama bileti tələb olunmur və yalnız tilov vasitəsilə həyata keçirilə bilər. Qanunvericiliyə əsasən, bir gün ərzində 5 kq-a qədər balıq, 10 ədəddən artıq olmayan xərçəng və çəkisi 0,5 kq-dan çox olmayan krevet və digər onurğasızların ovuna icazə verilir. Eyni zamanda, balıq ovu zamanı sintetik saplı və tək saplı torlardan istifadə qəti şəkildə qadağandır!




Amma görüntülərdən də aydın olur ki, Biləsuvar rayonunda, Mil düzənliyi boyunca yerləşən kanalda həyata keçirilən balıq ovu qanunsuz olsa da nədənsə ETSN yalnız müşahidəçi qismində çıxış edir. Bu isə təbii şübhələrə rəvac verməkdədir.
Yerli sakinlər iddia edir ki, hər bir balıqçı günlük 10 manat şirinlik hesabına 5 saatlıq balıq ovuna çıxa bilir... Nə deyirik, cənab ETSN nümayəndələri... ALLAH HEÇ BAZAR VERMƏSİN...