Suriyada silahlılar T-90 tankını ələ keçirdi - VİDEO
12-06-2016, 12:55
Suriyadakı islamçı “Hərəkat Nuriddin əz-Zinki” qruplaşması Hələb yaxınlığında gedən döyüşlərdə T-90 tankını salamat ələ keçiriblər.
Virtualaz.org xəbər verir ki, bu, silahlıların əlinə qənimət keçən ilk T-90 tankıdır. Silahlılar tankın görüntülərini yayıblar və kadrlardan görünür ki, texnika saz vəziyyətdədir, ancaq onun optik nişangahı zədələnib.
Mayın ortalarında Suriya silahlıları hökumət qüvvələrinin T-90A tankını Hələb yaxınlığınd vurmuşdu. Hücum Amerika istehsalı olan TOW tank əleyhinə raket kompleksi ilə həyata keçirilib.
İlk dəfə bu raketlə T-90 tankına fevralın sonlarında zərbə endirilmişdi və həmin vaxt tankın dinamik müdafiə sistemi işə düşərək raketi neytrallaşdırmışdı.
Rusiya T-90 tanklarının köhnə versiyasını ötəön ilin dekabrında Suriyaya göndərib. Bu tankların tətbiqi Hələb ətrafında gedən döyüşlərdə vəziyyəti Əsəd qüvvələrinin xeyrinə dəyişmişdi.
Çünki silahlılar T-90 tanklarını vura bilmirdilər. Lakin indi belə görünür ki, onlar tankı salamat ələ keçirməyi də öyrəniblər.[media=https://www.youtube.com/watch?v=Pn8j172Sh1Q]