Corc Soros "Avropa Birliyinin taleyi heç vaxt olmadığı qədər Ukraynanın gələcəyindən asılıdır. "

22-06-2016, 01:12           

Amerikalı milyarder Corc Soros Avropa Birliyinin dağılmaq üzrə olduğu bir vaxtda Rusiyanın dünya gücünə çevrildiyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Soros bunu Londonda Mixail Xodorkovskinin təşkil etdiyi tədbirdə deyib.

Sorosun sözlərinə görə, son proseslər ona Sovetlər Birliyinin dağıldığı, Avropanın isə çiçəklənərək böyüdüyü vaxtları xatırladır.

Amerikalı maliyyəçi onu da bildirib ki, Beynəlxalq Valyuta Fondu vaxtında onun məsləhətinə qulaq assaydı, hökumətlərə yox, konkret problemlərin (pensiya sahəsində islahatlara, işsizliyin aradan qaldırılmasına) həllinə vəsait ayırsaydı, Rusiya ilə münasibətlər fərqli istiqamətdə inkişaf edərdi.

Soros hesab edir ki, bu gün Avropa Birliyinin taleyi heç vaxt olmadığı qədər Ukraynanın gələcəyindən asılıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru