Putin Rusiyanın bütün səfirlərini Moskvaya çağırtdırdı

22-06-2016, 09:40           
Putin Rusiyanın bütün səfirlərini Moskvaya çağırtdırdı
Rusiya prezidenti Vladimir Putin gələn həftə XİN-də ölkənin xaricdəki səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə müşavirə keçirəcək.Virtualaz.org life.ru-ya istinadən bildirir ki, bu cür müşavirələr hər iki ildən bir keçirilir və artıq ənənə halı alıb.
Rusiya prezidenti bildirib ki, diplomatlarla görüş və birbaşa danışıqlar “dünyadakı situasiyanı kompleks şəkildə qiymətləndirmək üçün” lazımdır.
Putin bu dəfə səfirlərlə iyunun 30-da görüşəcək və dünyanın gündəmində olan məsələləri müzakirə edəcək, həmçinin Rusiyanın xarici siyasəti ilə bağlı yeni vəzifələri müəyyənləşdirəcək.
“Ənənəyə uyğun olaraq xarici siyasətin bütün spekrlərinə toxunulacaq”, – deyə Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov vurğulayıb.

Xatırladaq ki, iki il əvvəl keçirilən müşavirədə əsas müzakirə mövzusu Rusiyanın milli maraqlarının müdafiəsi olmuşdu.
Rusiyalı diplomatlar hesab edirlər ki, analoji mövzulara bu dəfə də toxunulacaq. Təbii ki, Ukrayna və Suriya, eləcə də Rusiya-ABŞ və Avropa İttifaqı ilə bağlı məsələlərə də…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru