“Bloomberg” Britaniya baş nazirinin seçkiləri uduza biləcəyindən yazdı: “Onun məğlubiyyətinə hazırlaşırlar”

3-10-2023, 11:18           
“Bloomberg” Britaniya baş nazirinin seçkiləri uduza biləcəyindən yazdı: “Onun məğlubiyyətinə hazırlaşırlar”
“Britaniya siyasətçiləri qarşıdan gələn seçkilərdə Rişi Sunakın məğlubiyyətinə hazırlaşırlar”.

Bu barədə “Bloomberg” nəşrində yazı dərc olunub.

Nəşrin məlumatına görə, milli sorğular hazırkı baş nazirin populyar olmadığını göstərir. Hakim Mühafizəkarlar Partiyasının əsas rəqibi olan Leyboristlər Partiyası artıq bir ildir ki, Böyük Britaniyada insanlar arasında daha çox rəğbət qazanır.
“Rişi Sunak bu həftəsonu Mühafizəkarlar Partiyasının konfransına bir məqsədlə yola düşür: Böyük Britaniyanı növbəti ümumi seçkilərdə qalib gələ biləcəyinə inandırmaq. Onun partiyasından bir çox millət vəkilləri artıq Sunakın bunu etməyəcəyi qənaətindədir və onun məğlubiyyətinə hazırlaşırlar”, - deyə yazıda qeyd edilib.

Mənbə: “İzvestiya” Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru