İtaliyada payız mövsümündə qeyri-adi isti havalar müşahidə edilir

3-10-2023, 13:04           
İtaliyada payız mövsümündə qeyri-adi isti havalar müşahidə edilir
İtaliyada oktyabr ayında havanın temperaturu 30 dərəcəyə qədər yüksəlib ki, bu, Apennin yarımadası üçün qeyri-adi isti hava hesab olunur.

Bu barədə yerli meteoroloqlar məlumat verib.

Mütəxəssislərin proqnozuna əsasən, bu həftə ərzində Roma və Florensiyada, eləcə də ölkənin şimalındakı bəzi ərazilərdə havanın istiliyi 33 dərəcəyə qədər yüksələcək.
İtaliyanın “Coldiretti” kənd təsərrüfatı istehsalçıları assosiasiyasının hesablamalarına görə, 2023-cü il İtaliyada 1800-cü ildən bəri qeydə alınan ən isti il hesab olunur.

Mənbə: La Repubblica












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru