Fransanı gənələr bürüyüb: Hökumət təcili toplanır, parlament xüsusi qanun hazırlayır

4-10-2023, 14:07           
Fransanı gənələr bürüyüb:
Fransanın müvafiq nazirliklərinin nümayəndələri tezliklə 2024-cü il Olimpiya Oyunları ərəfəsində ölkədə gənələrin yayılması problemi ilə bağlı iclas keçirəcəklər.

Bunu Fransanın baş naziri Elizabet Born deyib.

“Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirmək və işimizi gücləndirmək əzmindəyik. Yaxın günlərdə müvafiq nazirlərlə görüş keçiriləcək. Biz həşəratların təsirinə məruz qalmış insanları müəyyən etmək, onlara kömək göstərmək və lazımi bölgələri dezinfeksiya etmək, ümumiyyətlə problemin uzunmüddətli həll yollarını tapmağa çalışırıq”, - deyə Nazirlər Kabinetinin rəhbəri Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) iclasında çıxışı zamanı bildirib.

Öz növbəsində, deputatlar gənələrin yayılmasına qarşı mübarizəyə həsr olunmuş qanun layihəsini dekabrda müzakirəyə təqdim etmək niyyətindədirlər.
Qanun layihəsində zərərvericilərə qarşı mübarizənin, xüsusən də aztəminatlı vətəndaşların yaşadığı sosial evlərdə ödənişz təşkili təklif olunacaq.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru