Kolonna Kremlə meydan oxudu: İrəvan ASM-ə daxil edilir

4-10-2023, 11:03           
Kolonna Kremlə meydan oxudu: İrəvan ASM-ə daxil edilir
Fransa AB-nin Ermənistandakı müşahidə missiyasını genişləndirməsi və onun “daha faydalı ola bilməsi” üçün mandatını gücləndirmək xahişi ilə Avropa Birliyininn (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellə müraciət edib.

Bunu Fransa XİN rəhbəri Ketrin Kolonna erməni həmkarı Ararat Mirzoyanla İrəvanda görüşdən sonra mediaya açıqlamasında deyib.

“Mən Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsini təklif etdim, bu, məsələn, Moldovada həyata keçirilir. Məqsədimiz odur ki, AB və onun üzvləri Ermənistanın ərazi bütövlüyü ilə bağlı Fransa kimi eyni aydın siqnalları göndərməyə başlasınlar. Ermənistan Respublikasının ərazi bütövlüyünü təhdid edən istənilən hərəkətə çox aydın və sərt cavab veriləcək. Ümid edirəm ki, biz digər tərəfdaşlara arxalana bilərik, xüsusən ABŞ-dan söhbət gedir”, – Kolonna bildirib.

Qeyd edək ki, Fransanın Ermənistanda AB “mülki missiyasını” genişləndirmək cəhdi fürsətdən istifadə edərək, AB qüvvələrinin regiona daha çox yerləşdirilməsi deməkdir. Eyni zamanda, Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsi onun KTMT-dən çıxması anlamına gəlir.

Fransa Ermənistanın “təhlükəsizliyi”ni üzərinə götürməklə, Rusiyanı bu ölkədən çıxarmaq niyyətini açıq şəkildə ortaya qoyur./axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru