Bu ölkədə gənclərə siqaret satışının qadağan edilməsi planlaşdırılır

5-10-2023, 00:09           
Bu ölkədə gənclərə siqaret satışının qadağan edilməsi planlaşdırılır
Böyük Britaniya Baş naziri Rishi Sunak gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.

Tribunainfo.az xəbər verir ki, bu haqda Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransında danışıb.

Baş nazir çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun ölkə parlamentində səsverməyə çıxarılacağını qeyd edib.

Rishi Sunak bu məsələ ilə bağlı səsvermənin “sərbəst səsvermə” olacağını vurğulayıb:

“Bu qanun o deməkdir ki, siqaret heç vaxt qanuni olaraq 14 yaşlı bir gəncə satılmayacaq və onlar, onların nəsilləri siqaretsiz böyüyə bilər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru