Ukrayna və İsveç bu barədə razılığa gəldilər

5-10-2023, 09:14           
Ukrayna və İsveç bu barədə razılığa gəldilər
Ukrayna və İsveç təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlara başlamaq barədə razılığa gəliblər.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial media hesabında məlumat verib.

“İsveçli həmkarımla söhbət zamanı G7 Vilnüs Bəyannaməsinə uyğun olaraq təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli Ukrayna-İsveç sazişi üzrə danışıqlara başlamağa razılaşdıq”, – deyə Ukrayna XİN başçısı bildirib.

O əlavə edib ki, isveçli həmkarı ilə Ukraynanın Avropaya inteqrasiyasını, xüsusən də bu il Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq üzrə işi müzakirə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru