Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edildi - FOTO

5-10-2023, 11:08           
Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edildi - FOTO
Trampa ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri vəzifəsi təklif edilib.

Təşəbbüs konqresmen Troy Nils tərəfindən irəli sürülüb. O, bu barədə özünün “X” hesabından məlumat verib.

“Kevin Makkarti bir daha spikerliyə namizəd olmayacaq. Mən Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürürəm”, - deyə siyasətçi yazıb.

Xatırladaq ki, Kevin Makkartini (Kaliforniyadan) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik Makhenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.

Onu da qeyd edək ki, Makhenrinin ilk gördüyü işlərdən biri keçmiş spiker, ermənipərəst mövqeyi ilə tanınan Nensi Pelosini Kapitolidəki ofisindən qovmaq olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru