Kanadanın general-qubernatoru nasistə görə üzr istəyib
5-10-2023, 08:19
Kanadanın general-qubernatoru Meri Saymonun ofisi SS qoşunlarının “Qalisiya” diviziyasının keçmiş üzvü Peter Savarinin 1987-ci ildə ölkənin ən yüksək mülki mükafatı olan Kanada ordeninə namizəd göstərilməsinə görə üzr istəyib.
“Report” xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Savarin Alberta Universitetinin keçmiş rektoru və Ümumdünya Azad Ukraynalılar Konqresinin üzvü olub.
O, “multikulturalizmin təbliğinə görə” namizəd göstərilib, lakin 2017-ci ildə vəfat etdiyi üçün mükafata layiq görülməyib. Telekanal onu da qeyd edib ki, bir sıra yəhudi təşkilatlarının məlumatına görə, Savarin “Qalisiya” diviziyasında xidmət edib.
Kanada ordeni 1967-ci ildə yaradılıb, həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə verilə bilər.
Qeyd edək ki, Yəhudi təşkilatı Kanadanı nasist cinayətkarları haqqında daha çox məlumat verməyə çağırıb.