İsrail polisi xristianlara qarşı düşmənçi hərəkətə görə 5 nəfəri həbs edib

5-10-2023, 12:46           
İsrail polisi xristianlara qarşı düşmənçi hərəkətə görə 5 nəfəri həbs edib
İsrail polisi çərşənbə günü Qüdsün Köhnə Şəhərində xristianlara və ya kilsələrə tüpürməkdə şübhəli bilinən beş nəfəri həbs edib və xristianlara qarşı düşmənçilik hərəkətləri ilə bağlı artan şikayətlərllə bağlı xüsusi istintaq qrupu yaradıb.

”Təəssüf ki, ilk növbədə ekstremistlər tərəfindən olmaqla, biz Qüdsün Köhnə şəhərində xristianlara qarşı davam edən rüsvayçı nifrət aktlarının şahidi oluruq” - deyə, Qüds dairəsinin komandanı Doron Turgeman bildirib.

Həbs edilən şəxslərin kimliyi ilə bağlı təfərrüatlar verilməyib.

Əsasən də keçən ilin sonunda sərt sağçı Netanyahunun vəzifəyə gəlməsindən sonra kiçik xristian icmasının üzvləri yəhudi ultramillətçilərinin artan təqibləri və hədələri ilə üzləşdiklərini deyir.

Çərşənbə günü həbslər şəhərin illik Qüds Marşına hazırlaşdığı bir vaxtda baş verib. Bu tədbir adətən minlərlə xristian zəvvarın da iştirak etdiyi böyük izdihamı özündə birləşdirir. İsrail mediası bu həftə Köhnə Şəhərdə kiçik uşaqlar da daxil olmaqla, pravoslav yəhudilərin bir qrup əcnəbi xristian zəvvarın yanından keçərkən yerə tüpürdüklərini əks etdirən video görüntülər yayımlayıb.

Baş nazir Benyamin Netanyahu hadisəni pisləyərək, "təcili və qəti addımlar atacağını" vəd edib.

O, X sosial şəbəkəsində "İsrail bütün dinlərin və müqəddəs yerlərə ziyarət hüququnu qorumağa tamamilə sadiqdir" deyə, bildirib.

Köhnə Şəhərin dar xiyabanları yəhudilər, xristianlar və müsəlmanlar üçün ən müqəddəs yerləri əhatə edir və yerli icmalar, xüsusən də dini və milli bayramlarda gərginliyin müntəzəm olaraq artmasına baxmayaraq, uzun müddətdir birlikdə yaşamaq yollarını tapmağa çalışır.
amerikaninsesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru