KİV: Şimali Koreya plutonium istehsalı üçün nüvə reaktorunu bağlamış ola bilər

5-10-2023, 09:05           
KİV: Şimali Koreya plutonium istehsalı üçün nüvə reaktorunu bağlamış ola bilər
Cənubi Koreya və Amerika kəşfiyyatı Şimali Koreyanın Yonbyon nüvə mərkəzində 5 MVt gücündə reaktoru bağladığına dair işarələri qeydə alıb. Bunun silah dərəcəli plutonium istehsalı prosesinin bir hissəsi olduğuna inanılır.

“Report” xəbər verir ki, bu barədə “Tona İlbo” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, reaktor sentyabrın sonunda fəaliyyətini dayandırıb. ABŞ və Cənubi Koreya səlahiyyətliləri hesab edirlər ki, bu, nüvə yanacağının silah plutonium istehsal etmək üçün təkrar emal edilməsinə işarə ola bilər.

Vurğulanıb ki, yenidən emal prosesi reaktorun bir neçə həftə ərzində bağlanmasını, işlənmiş yanacaq millərinin çıxarılmasını və laboratoriyaya daşınmasını nəzərdə tutur.

Yonbyon reaktoru 2021-ci ilin iyulunda yenidən işə salınıb. Mütəxəssislərin fikrincə, KXDR hakimiyyəti bu reaktordan istifadə etməklə ildə 6 ilə 8 kq arasında silah plutonium əldə edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru