İspaniya iqlim fonduna 20 milyon avro ayıracaq

2-12-2023, 11:04           
İspaniya iqlim fonduna 20 milyon avro ayıracaq
İspaniya hökuməti iqlim fonduna 20 milyon avro ayırmaq niyyətindədir.

Bu barədə Avropa İttifaqına sədrlik edən İspaniyanın Baş naziri Pedro Sançes Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) zamanı bildirib.

“Bu gün itkilərin və zərərin ödənilməsi üçün fonda 20 milyon avro məbləğində yeni ianə ayıracağımızı elan etmək istərdim” – nazir deyib.

O, həmçinin meşələrin qırılmasının, o cümlədən Amazan regionunda meşələrin məhv edilməsinin təcili olaraq qarşısının alınmasının vacibliyini də vurğulayıb.

“Bu əsnada biz bu il Amazon regionu ilə bağlı dayanıqlı və sosial cəhətdən məsuliyyətli layihə üçün 2 milyon avro ayıracağıq”, - Baş nazir söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru