ABŞ Asiyada yeni raketlər yerləşdirəcək

3-12-2023, 17:20           
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
ABŞ 2024-cü ildə Hind və Sakit Okean regionunda orta mənzilli yerüstü raketlər yerləşdirməyi planlaşdırır.

Bu barədə ABŞ-nin Hind-Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillips məlumat yayıb.

Bu cür silahların “Çinə qarşı çəkindiriciliyi gücləndirmək” üçün Soyuq Müharibədən sonra ilk dəfə bölgədə peyda olacağı gözlənilir.

Söhbət “Standard Missile-6” (SM-6) raketinin və ya “Tomahawk” qanadlı raketinin yerüstü versiyasından gedir. Bu raketlərin uçuş məsafəsi 500 ilə 2,7 min km arasında olacaq.
Fillips bu cür raketlərin regiona gətirilicəyi dəqiq vaxtı və yeri açıqlamayıb. Lakin ekspertlərin fikrincə, söhbət ilk növbədə ABŞ-nin Quamdakı bazalarından gedir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru