Nazir: "Husilər Yəmən büdcəsindən 103 milyard dollar oğurlayıblar"

Bu gün, 10:26           
Nazir: "Husilər Yəmən büdcəsindən 103 milyard dollar oğurlayıblar"
"Husilər 2014-cü il çevrilişindən sonra İran layihəsini həyata keçirmək üçün dövlət resurslarından təxminən 103 milyard dollar oğurlayıblar".

"Azad İran" Telegram" kanalı xəbər verir ki bunu Yəmənin informasiya naziri Müəmmər əl-Əryani bildirib.

Onun sözlərinə görə, bu vəsait dövlət xidmətlərini yaxşılaşdırmaq və ya maaşları ödəmək yerinə müharibəni və Tehranın "ekspansionist layihəsini" maliyyələşdirmək üçün istifadə olunub.

Nazir qeyd edib ki, husilər hərbi əməliyyatları davam etdirməyə imkan verən və regional təhlükəsizliyə qarşı "paralel iqtisadiyyat" yaradıblar.

O, həmçinin husiləri İranın dəstəyi ilə Yəməndə sabitliyi pozmaq və strateji su yollarına nəzarət etmək məqsədi daşıyan "mütəşəkkil talan"da ittiham edib.

Nazir əlavə edib ki, husilərin hərəkətləri yoxsulluğun, ərzaq və dərman qiymətlərinin artmasına və dövlət xidmətlərinin iflasına səbəb olub, Yəməndə humanitar böhranı daha da pisləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru