İndoneziyanın yeni prezidenti məlum oldu 15-02-2024, 00:12 İndoneziyada keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə, yeni prezident Prabovo Subianto olub.Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.Bildirilib ki, bu gün keçirilən seçkilərdə səslərin 90 faizi hesablanıb və ölkədə Coko Vidodonu əvəz edəcək yeni prezident açıqlanıb. Qeyri-rəsmi nəticələrə görə, müdafiə naziri 72 yaşlı Prabovo Subianto 58,5 faiz səs toplayaraq ölkənin yeni lideri olub. Subiantonun rəqibləri, Anies Basvedan 25 faiz, Gəncər Pranovo isə təxminən 17 faiz səslə yarışda məğlub olub. Facebook-da paylaş