Dünyanın ən böyük şəhərlərindən biri susuz qala bilər

27-02-2024, 12:44           
Dünyanın ən böyük şəhərlərindən biri susuz qala bilər
Təxminən 22 milyon əhalisi olan Mexiko şəhəri bir sıra problemlərə görə ciddi su böhranı ilə üzləşib.

Mütəxəssislərin fikrincə, anormal dərəcədə az yağan yağışlar, uzun müddət davam edən quraqlıq dövr və yüksək temperatur su təchizatında gərginlik yaradıb. Hakimiyyət su anbarlarına ciddi məhdudiyyətlər qoymağa məcbur olub.

Artıq şəhərin bəzi əraziləri həftələrdir su qıtlığından əziyyət çəkir.
Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.