Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib

31-05-2024, 00:16           
Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
Gürcüstan parlamenti “Gürcü arzusu” deputatlarının təşəbbüsü ilə Seçki Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.

TEREF-ın "Report"a istinadən verdiyi məlumata görə, layihə yekdilliklə qəbul edilib, bunun əsasında seçki administrasiyası tərəfindən yüksək kvoruma malik qərarların qəbul edilməsi proseduru dəyişdirilib.

Söhbət Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK-nın tam tərkibinin azı üçdə ikisinin dəstəyi ilə keçirilən səsvermənin nəticələrinə əsasən qəbul edilməli olan qərarlardan gedir.

Seçki Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınaraq, MSK səslərin azı üçdə ikisinin dəstəyi ilə qərar qəbul edə bilmədikdə, səsvermə yenidən MSK-nın həmin iclasında keçiriləcək və qərar qəbul ediləcək. MSK-nın tam tərkibinin səs çoxluğu tərəfindən dəstəkləndiyi təqdirdə qəbul edilmiş sayılır.

Hakim partiya hesab edir ki, bu dəyişikliklər Mərkəzi Seçki Komissiyasının səmərəli fəaliyyətinə töhfə verəcək və onun fəaliyyətində pozuntuların qarşısını almağa kömək edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru