Dövlət Xidməti tender keçirmədən bu şirkətlərə 51 milyon manat ayırdı - Siyahı

Bu gün, 10:14           
Dövlət Xidməti tender keçirmədən bu şirkətlərə 51 milyon manat ayırdı - Siyahı
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 11 şirkətlə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.

Qeyd edək ki, müqavilə bağlanılan şirkətlər Xidmətin sifarişi əsasında Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmiri işlərini həyata keçirəcəklər və qarşılığında 50 milyon 728 min 761 manat 55 qəpik alacaqlar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müqaviləsi imzaladığı şirkətlərin siyahısını təqdim edirik:

Məlumat üçün bildirək ki, bu müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Qanunun tələblərindən də göründüyü kimi, Xankəndi şəhərində yerləşən yaşayış və qeyri-yaşayış sahələrində cari təmiri işləri məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.

Eyni zamanda, müqavilələrin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil. Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru