Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil ki, keçmiş prezidentlər olan rəqibləri – Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sərkisyanı debata çağırır

Bu gün, 10:08           
Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə deyil ki, keçmiş prezidentlər olan rəqibləri – Levon Ter-Petrosyanı, Robert Köçəryanı və Serj Sərkisyanı debata çağırır
Rəqiblərindən səs çıxmır. Adətən müxalifət lideri prezident və ya baş naziri debata çağırar ki, hakimiyyət dəyişikliyinə nail olsun. Ermənistanda isə tərsinədir, baş nazir müxalifət təmsilçilərinin hər biri ilə debata çıxmağa hazır olduğunu vurğulayır. Paşinyan doğru strategiyadan çıxış edir. Rəqibləri onunla debata çıxmaqdan çəkinirlər, çünki bilirlər ki, Paşinyanın onlara qarşı güclü arqumentləri var. Erməni cəmiyyəti bunu görür və Paşinyana alternativ olmaq istəyənləri zəif kimi qiymətləndirir. Ermənistanda parlament seçkiləri gələn ilin iyun ayında keçiriləcək. Seçkilər yaxınlaşdıqca Paşinyan rəqiblərini daha çox hədəf alacaq və onları zəif nöqtələrindən vuracaq. Bu gedişlə Rusiyanın dəstəyi olmayan erməni radikalların Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırması çətin görünür.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru