NATO Ukraynaya illik yardımı ikiqat artırmaq istəyir

31-05-2024, 11:04           
NATO Ukraynaya illik yardımı ikiqat artırmaq istəyir
NATO beş il ərzində Ukraynaya dəstək üçün əvvəlcədən planlaşdırıldığı kimi 100 milyard dollar deyil, iki dəfə çox vəsait ayırmaq variantını nəzərdən keçirir.

Bu barədə "Handelsblatt" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, üzv ölkələrin dəstəyi ildə 40 milyard dollar təşkil etməlidir.

Nəşr bildirir ki, bu təklif alyansın xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında müzakirə olunacaq və iyulda Vaşinqtonda keçiriləcək sammitdə qərar qəbul edilə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru