Ukrayna və ABŞ təhlükəsizlik haqqında saziş imzalayacaq

31-05-2024, 11:58           
Ukrayna və ABŞ təhlükəsizlik haqqında saziş imzalayacaq
ABŞ Ukrayna ilə yeni ikitərəfli təhlükəsizlik sazişi imzalamağa yaxındır.

APA xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

“Bu saziş Ukraynanın NATO ölkələri ilə bağladığı, hərbi təlim, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardım da daxil olmaqla, uzunmüddətli dəstək öhdəliklərini özündə əks etdirən bir sıra sazişlər içərisində ən əhəmiyyətlisi olacaq”, - məlumatda deyilir.

Nəşrin bildirdiyinə görə, Zelenski və Bayden ikitərəfli təhlükəsizlik sazişini sülh sammitindən bir neçə gün əvvəl İtaliyada G7 görüşü zamanı imzalayacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru