İsveç Ukraynaya yardım ayırmağa qərar verib

31-05-2024, 08:44           
İsveç Ukraynaya yardım ayırmağa qərar verib
İsveç hakimiyyəti Ukraynanın enerji infrastrukturunu bərpa etmək üçün ona on milyonlarla avro ayırmağa qərar verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, maliyyə yardımı paketi çərçivəsində tərəfdaşlar Ukraynanın Enerji Dəstəyi Fonduna təxminən 42,5 milyon avro göndərəcəklər.

Təqribən 12,7 milyon avro isə BMT-nin respublikadakı İnkişaf Proqramı vasitəsilə Ukraynanın enerji sisteminə dəstək üçün ayrılacaq.

Təqdim olunan vəsaitin Xarkov, Odessa, Nikolayev və Kiyev vilayətlərində enerji avadanlığı və enerji infrastrukturunun bərpasına sərf ediləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru