Lukoşenko: Artıq Ukrayna ilə sərhəddə gərginlik yoxdur

14-07-2024, 11:04           
Lukoşenko: Artıq Ukrayna ilə sərhəddə gərginlik yoxdur
“Bizim konkret işimizdən sonra ukraynalılar silahlı qüvvələrini və bizim sərhədimizə yerləşdirdikləri əlavə qoşunları sərhəddən çıxardılar və ümumiyyətlə Belarus-Ukrayna sərhəd zonasından geri çəkildilər”.

Bunu Belarusiya prezidenti Aleksandr Lukoşenko mətbuata açıqlaması zamanı deyib.

O həmçinin hazırda ukraynalılarla heç bir problemləri olmadığını və heç vaxt olmayacağına da ümid etdiyini söyləyib.

O, gərginliyin aradan qaldırılmasından və qoşunların Ukrayna tərəfdən çıxarılmasından sonra qoşunların cənub sərhədlərindəki daimi dislokasiya yerlərinə çıxarılması əmrini verib.

Lukoşenko “Heç bir lüzumsuz hadisə olmamalıdır”, - deyərək sözlərini sönlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru