Britaniyalı siyasətçi Trampı dəstəkləmək üçün ABŞ-a səfər edəcək

15-07-2024, 11:24           
Britaniyalı siyasətçi Trampı dəstəkləmək üçün ABŞ-a səfər edəcək
Böyük Britaniyanın “Reform UK” partiyasının lideri Naycel Faraj ABŞ-a səfər edəcək.

“Report” xəbər verir ki, siyasətçi bu barədə “Teleqraf” qəzetinə yazdığı məqalədə bildirib.

Məlum olub ki, o, ABŞ-da Respublikaçılar Partiyasının Miluoki şəhərində keçiriləcək qurultayında iştirak edəcək:

“Mən bunu dostum Donald Trampa dəstək olmaq üçün edirəm”.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru