İraqdakı kütləvi məzarlıqdan İD-in qurbanları olmaqda şübhəli bilinən 139 nəfərin qalığı çıxarılıb

16-07-2024, 10:14           
İraqdakı kütləvi məzarlıqdan İD-in qurbanları olmaqda şübhəli bilinən 139 nəfərin qalığı çıxarılıb
İraq rəsmilərinin bazar günü bildirdiyinə görə, böyük bir çuxurdan İslam Dövləti (İD) qruplaşmasının qurbanlarının olduğu güman edilən 139 nəfərin qalıqları çıxarılıb.

İslam Dövləti cihadçıları tərəfindən kütləvi məzarlığa çevrildiyi iddia edilən təbii səhra çuxuru “Alo Antar” İraqın şimalında, Mosuldan təxminən 70 kilometr qərbdə, Təl-Afarda yerləşir.

Çuxura neçə cəsədin atıldığı məlum deyil, lakin digər qurbanların axtarışı davam edir.

"Biz 139 nəfərin qalıqlarını və həmçinin insanların bədən hissələrini çıxardıq" - deyə, kütləvi məzarların aşkar edilməsi və qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə məşğul olan dövlət "Şəhidlər Fondu"nun kütləvi məzarlıq şöbəsinin müdiri Diya Kərim bildirib.

Kərim "Onların arasında qadınlar və kişilər var", deyib və əlavə edib ki, "dəlillərə görə, qalıqlar İslam Dövlətinin hakimiyyəti dövründə, ya da ondan əvvəl, Əl-Qaidənin ərazidə mövcudluğu olduğu vaxtların qurbanlarına aiddir."

Kərimin sözlərinə görə, ifadələr "qurbanların yezidilər, şiə türkmənlər və İŞİD-in özünü "xilafət" elan etdiyi de-fakto paytaxtı Mosuldan olan təhlükəsizlik qüvvələrinin əməkdaşları" olduğuna dəlalət edir.

Qrup fəaliyyətinin zirvəsində olduğu vaxt Suriya və İraqın bir çox ərazilərində hökmranlıq edib, döyüşçüləri isə başlar kəsməklə və işgəncələr verməklə həyatları canlı cəhənnəmə çevirib, arxalarında çox sayda kütləvi məzarlıqlar qoyub.

Şimali İraqda onlar kütləvi edamlar və cinsi köləlik də daxil olmaqla, etnik və dini azlıq olan yezidilərə qarşı dəhşətli vəhşiliklər törədib.

Əhməd Əl-Əsədinin bildirdiyinə görə, qurbanlar "dəfn olunmayıb, dərinliyi 42-dən 12 metr arasında olan çuxura atılıb".

"Qurbanların bəziləri güllələnmiş, digərləri boğazları kəsilmiş halda tapılıb" və bir neçə cəsəd isə torbalarda tapılıb.

Əsədi əlavə edib ki, qurbanların üzərlərindəki geyimlərdən onlardan bəzilərinin yezidi və ya türkmən ola biləcəyini müəyyən etmək olub. O əlavə edib ki, digər cəsədlər isə adətən İslam Dövləti girovlarının geyindiyi narıncı rəngli kombinezonlarda olub.

"Alo Antar"dan çıxarılan cəsədlərin şəxsiyyətinin DNT testindən istifadə edilərək müəyyən edilməsi üçün məhkəmənin tibb şöbələrinə aparılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.